-
SürətliGeri ödəniləcək ƏDV məbləği barədə məlumatın qısa zamanda əldə edilməsi
-
TəhlükəsizŞəxsi məlumatların qorunması
-
RahatÇekləri asan şəkildə daxil etmək imkanı
-
İnnovativRəqəmsal həllərin tətbiqi
ƏDV-ni necə geri qaytarmalı
Alış-veriş
Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə), tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə etdiyiniz ödənişlər üzrə çekləri toplayın.
Qeydiyyat və Giriş
Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu, doğum tarixi və mobil nömrə daxil edərək qeydiyyatdan keçin
Çekin daxil edilməsi
Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin və ya skan etmək imkanı verən müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudun.
ƏDV-nin geri qaytarılması
30 gün sonra elektron kabinetinizdə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i əks olunacaq