İstifadə qaydaları

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 17,5%, nağd ödənişlər üzrə isə 5% həcmində müəyyən edilmişdir. Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 30%, nağd ödənişlər üzrə isə 5% həcmində müəyyən edilmişdir.

ƏDV-ni necə geri qaytarmalı

Alış-veriş
Alış-veriş
Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə), tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə etdiyiniz ödənişlər üzrə çekləri toplayın.
Qeydiyyat və Giriş
Qeydiyyat və Giriş
Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu, doğum tarixi və mobil nömrə daxil edərək qeydiyyatdan keçin
Çekin daxil edilməsi
Çekin daxil edilməsi
Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin və ya skan etmək imkanı verən müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudun.
ƏDV-nin geri qaytarılması
ƏDV-nin geri qaytarılması
30 gün sonra elektron kabinetinizdə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i əks olunacaq
loading animation